Şölə Eminbəyli 2018-ci ilin payız ayında Peşəkar İxtisasartırma Proqramı üzrə Vaşinqton Universitetində təcrübə keçmişdir. 2015-2019-cu illərdə Bakı Amerika Mərkəzində koordinator vəzifəsində çalışmışdır. Proqramda iştirakından sonra həm Bakı, həm də digər şəhər və rayonlarda bir çox uğurlu layihələr həyata keçirmişdir. Hal-hazırda Procter & Gamble (P&G) şirkətində Market Copy Artwork Expert vəzifəsində çalışır.

Qeyd edək ki, Peşəkar İxtisasartırma Proqramı (PFP) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən həyata keçirilir.

Bu proqram iştirakçıları ştatların qanunverici və icraedici orqanlarında, bələdiyyələrdə və qeyri-hökumət təşkilatlarında 5–6 həftəlik təcrübə keçmək imkanı ilə təmin edir. İştirakçılar hökumət orqanlarının gündəlik fəaliyyəti ilə tanış olur və Amerika Mədəniyyətini öyrənmək üçün qəyyum ailədə yaşayırlar. Proqramdaxili gediş-gəliş səyahət və yaşayış xərcləri təqaüd proqramı tərəfindən təmin olunur.

Görüş rəsmi səhifəmizdən (https://www.facebook.com/AzerbaijaniAlumniAssociation) canlı şəkildə həyata keçiriləcəkdir.
Hər hansı bir sualınız olarsa yuxarıdakı səhifəyə yaza bilərsiniz 👆🏻
Tarix: 29 aprel 2020
Saat: 20:00

Oxunma Sayı: 15