“Gənclər Fondu” nun XIII qrant müsabiqənin qalibi olan “Tariximiz Milli Sərvətimizdir” adlı layihənin həyata keçirilməsinin məqsədi zəngin tarixi sərvətlərə malik ölkəmizdə gənclərin ölkəmizin tarixinin təbliğinə fəal yanaşması və bu reallıqları dünyaya çatdırması üçün gənclərin maariflənməsinə, məlumatlandırılmasına xüsusi ilədə işğal altında olan torpaqlarımızdakı tarixi irsimizin gənclər arasında geniş təbliği və onların bu sahədə biliklənmələrinə nail olmaqdan ibarətdir.

🔰Təlim zamanı bəhs olunacaq mövzular:

⚪ “Tarixi Abidə” anlayışı;

⚪ Azərbaycanda mövcud olan mədəni abidələrinin tarixi haqqında gənclərin maariflənməsi;

⚪ İşğal altında olan torpaqlarımızdakı tarixi- mədəni abidələrimizin təbliği;

⚪ Ermənilərin mədəni-tarixi irsimizə qarşı təcavüzkar mövqeyinin qarşısının alınması ilə bağlı müzakirələr və iştirakçıların təkliflərinin dinlənilməsi.

🗓Tarix : 15 və 16 Fevral, 2020 – ci il
⏱Saat : 14:00 – 17:00
🏢Təlimin keçiriləcəyi məkan : Binəqədi Gənclər Evi
🗺 Ünvan : AZ1072, Bakı, Olimpiya küçəsi 4
✉Əlaqə : Babayev.r.i@gmail.com

Qeyd ‼ : Layihə “Binəqədi Gənclər Evi” – də 2 gün ard-arda keçiriləcək. Bu məqsəd ilə iştirakçıların təlimin hər iki günündə iştirak etməsi tələb olunur.

⭕ Yalnız təlimin hər iki günündə iştirak edən gənclər sertifikatlar ilə təltif olunacaq!

Layihədə iştirak etmək istəyən gənclər aşağıda qeyd olunmuş linkdən qeydiyyatdan keçə bilərlər ↙

https://forms.gle/ucMDkCHyhDn84xnW6
Oxunma Sayı: 64