“Header 1” daim öyrənməyə həvəsli olan marketinq menecerləri, sahibkarlar və Rəqəmsal Marketinqlə maraqlananlar üçün SEO (Search Engine Optimization) və SEM (Search Engine Marketing) üzrə ödənişsiz təlim kursudur. Layihənin əsas məqsədi iştirakçıların sahə üzrə bilik və bacarıqlarının artırılması ilə onların bu sahədə ixtisaslaşmasına kömək etməkdir.

Layihə çərçivəsində seçilmiş 30 iştirakçıya SEO və SEM-lə bağlı nəzəri və praktiki olmaqla təlimlər keçiriləcək. Mənimsənilmiş biliklərin yoxlanılması məqsədilə layihə müddətində iştirakçılar komandalara bölünərək onlara tapşırıqlar veriləcək. Sonda ekspertlərin və mentorun iştirakı ilə komandaların tamamladığı tapşırıqlar dəyərləndirilərək ən yaxşı (bacarıqlı, motivasiyalı) iştirakçılar seçiləcək. Seçilmiş iştirakçılar Azərbaycanda SEO xidməti göstərən şirkətlərə #təcrübə proqramlarına yönləndiriləcəklər.

“Header 1” Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun maliyyə dəstəyi, AYAFE Azerbaijan-ın təşkilati dəstəyi, Mediamark Rəqəmsal Agentliyinin, Elseo.az şirkətlərinin tərəfdaşlığı və buqelemun.com-un media dəstəyi ilə həyata keçirilir.

Layihədə iştirak üçün qeydiyyat yaxın zamanda elan olunacaq. Yeniliklərdən xəbərdar olmaq olmaq üçün sosial mediada bizi izləyin:
#Facebookfacebook.com/header1.az
#Instagraminstagram.com/header1.az

Oxunma Sayı: 87