Azərbaycan Universitetinin yuxarı kurs tələbələri üçün “GTD School Training Center” tərəfindən “Uğurlu karyerada ilk addım” adlı təlim keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, təlimçi Amin Məmmədovun apardığı təlim tələbələrin hazırkı iş həyatında və gələcək karyeralarında düzgün və uğurla irəliləmək, idarəetmə bacarıqlarına sahib olmaq üçün zəruri məlumatlar vermək məqsədi daşıyıb.

Təlim vakansiyaların axtarışı, universitetdə təhsil müddətində ixtisas üzrə təcrübə və stajkeçmə imkanlarının araşdırılması, ictimai işlərdə iştirak, könüllülük təcrübəsi, CV hazırlama və göndərmə, iş üçün müəssisə və idarələrə məktubla, yaxud birbaşa müraciət və müsahibəyə hazırlıq qaydaları kimi mövzuları əhatə edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Oxunma Sayı: 80