“T2T Academy Group” və “Karabook LLC” elektron yayım mərkəzi yeni yerli və xarici layihələr üzrə distant fəaliyyət göstərə biləcək aşağıdakı sahələr üzrə təcrübəçi qəbulunu elan edir!

T2T Academy uzun illərdir ölkədə təhsil sahəsində layihələr icra edir. Karabook LLC isə, elektron kitablar, jurnallar yayımlayan elektron yayım mərkəzidir.

Təcrübəçilər aşağıdakı sahələr üzrə müraciət edə bilərlər:

1.Qrafik Dizayn
2.Sosial Media Marketinq
3.İqtisadiyyat/Marketinq
4.Araşdırma və Tərcümə
5.Front end və WordPress
6.Back end Proqramlaşdırma

Xaricdə yaşayan soydaşlarımız da proqrama müraciət edə bilərlər.

Əgər siz də tələbəlik dövründə universitet dövründə öyrəndiyiniz mövzuları real iş dünyasında tətbiq etmək, gələcək karyeranız üçün peşəkar bacarıqlar əldə etmək istəyirsinizsə, komandamıza qoşulun!

Təcrübə proqramı müddətində nə əldə edəcəksiniz?

1.Araşdırma qabiliyyətinin inkişafı (trendlərin izlənilməsi, müxtəlif metodlarla tanışlıq);
2.Veb portalda işləmə bacarıqları;
3.Peşəkar Yazıçılıq və Redaktorluq bacarıqları;
4.Treninq və seminarlarda iştirak imkanı
5.Distant təhsil portallarından 100-dən çox kursdan yararlanma imkanı.

Sonda təcrübə keçənlərə tövsiyə məktubu veriləcək.
1 yerli və 1 xarici şirkət sertifikatı.

Təcrübə proqramının müddəti 2 aydır. Müvəffəqiyyətlə bitirən şəxslər arasında işə qəbul aparılacaqdır.

Təcrübə proqramı ödənişsizdir.

Email
contact@t2tacademy.az
togrulmammadbayov@gmail.com

Əlavə suallar üçün əlaqə vasitələri:
📱055 811 90 97
📱055 402 10 14 (WhatsApp var hər iki nömrədə)

Müraciət formu: https://docs.google.com/forms/d/1NoK0gBjCsjVChqurrTF5y0m6zd80Edqi1I17vApY8pk

Müraciət üçün son tarix: 25 Aprel 2022

Ünvan:

İçərişəhər m. M.Hüseyn küçəsi.

İstanbul şəhəri, Avcılar.

Oxunma Sayı: 29