Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Mənəvi Dəyərlərin Təbliği Fondu, YAP Könüllüləri və “Azərkitab” Kitab Mərkəzi “Kitab ən gözəl hədiyyədir” adlı yeni aksiyaya start verib.

Aksiya çərçivəsində ölkəmizdə toplanan kitablar (əsasən bədii ədəbiyyat, mədəniyyət, incəsənət və dəyərlərlə bağlı) Gürcüstanda yaşayan soydaşlarımız arasında təmənnasız paylanacaqdır. “Kitab ən gözəl hədiyyədir” aksiyasına qoşulmaq istəyənlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin bədii əsərlərini, eləcə mədəniyyət, incəsənət və dəyərlərlə bağlı kitabları . “Azərkitab” Kitab Mərkəzi təqdim edə bilərlər.

Ünvan: Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı şəh., Tbilisi prospekti, 35. ASK plaza, 4-cü mərtəbə
AzərKitab Kitab Mərkəzi, Akim Abbasov küç., 78 (Lider TV-nin yanı, Yasamal Parkı ilə üzbəüz)

Əlaqə: 0502609020 ; 0124649255

Oxunma Sayı: 50