Coğrafi İnformasiya Sistemləri biliyinə güvənən, xəritəsi ilə əsər yaradan gəncləri Azərbaycanda ilk dəfə təşkil olunacaq yarışmaya dəvət edirik.
Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi 13-cü Qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək “Xəritələrin innovativ (CİS) üsulla tərtibi yarışması” na start veririk! Respublikanın istənilən bölgəsindən yaş aralığı 17-29 olan hər bir gənc yarışmada iştirak edə bilər. İştirak etmək istəyən gənclərin aşağıda göstərilən linkdə qeydiyyatdan keçmələri xahiş olunur.
DİQQƏT!!! DİQQƏT!!!
Xəritə tərtibi zamanı iştirakçılar şəxsi notbuklarından istifadə edəcəklər. İştirak sayı məhduddur.

Son qeydiyyat tarixi: 07.01.2020
Tədbirin açılış tarixi: 12.01.2020
Yarış günü: 26.01.2020
Bağlanış tarixi və qaliblərin mükafatlandırılması: 09.02.2020
QEYD: Göstərilən tarixlərdə seçilən şəxslərin iştirakı vacibdir!

Ünvan: Binəqədi Gənclər Evi. (Tədbirlərin keçiriləcəyi ünvan)
Bakı şəh., Binəqədi r-nu, 7-ci mikrorayon, S. Sani Axundov 13/37, AZ1000,

https://docs.google.com/forms/d/e/1FAIpQLSdyw5r2fdYS6UVBtsaDmmpPuXI3Cd6fnxBTs2jiHs0wC8t_oA/viewform

Oxunma Sayı: 66