ABC Araşdırma və İnkişaf Mərkəzinin təşəbbüsü ilə təşkil olunan bu sərgidə əsas mövzu “STEAM” olacaqdır.

Sərgidə həmçinin bir neçə universitet və təşkilatların stendləri də yer alacaqdır. Sərgidə iştirak etmək istəyən beynəlxalq və özəl məktəblərin komandaları aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmələri zəruridir: https://tinyurl.com/y3psrtne
Son qeydiyyat tarixi: 10 dekabr 2019. Layihələr ingilis dilində təqdim olunmalıdır
Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək 40-a yaxın layihənin ən yaxşıları sərginin sonunda müxtəlif sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar.
Sərgidə iştirak etmək istəyən digər qonaqlarımız isə əvvəlcədən sciencefair@abc.edu.az email ünvanına özləri haqqında qısa məlumat göndərmələri xahiş olunur.

Oxunma Sayı: 104