Cəmiyyətinizdə nifrət nitqinin və diskriminasiyanın mövcudluğunun böyük problem olduğunu düşünürsünüz? Nifrət nitqinə və qrup əsaslı düşmənçiliyə biganə deyilsiniz? Bu problemləri müzakirə və ifadə etməyə hazırsınız?

Sizi 3 günlük “Nifrət nitqinə qarşı mübarizə” təlimində iştirak etməyə dəvət edirik.

Təlim nifrət nitqi fenomeni və demokratik cəmiyyətdə onun nəticələrini əhatə edəcək. Təlim müddətində iştirakçılar diskriminasiya, nifrət nitqi, qərəzlilik kimi anlayışların mahiyyəti haqqında məlumatlandırılacaq, həmçinin onlarla mübarizə aparmağın metodlarını öyrənəcəklər. Eyni zamanda mövzu öyrədici oyunlar, qrup və komanda işləri ilə möhkəmləndiriləcək.

Həmçinin qeyd edək ki, Təlimdə fəallığı ilə fərqlənən 5 iştirakçı (ikinci müsahibə mərhələsindən sonra) 2-11 Fevral 2020-ci il tarixlərində Çexiya Respublikasının Brno şəhərində keçiriləcək ERASMUS+ Gənclər Mübadiləsi Proqramında iştirak haqqı qazanacaqlar.

Kimlər iştirak edə bilər?
• 20-25 yaş arası gənclər
• Nifrət nitqi mövzusu ilə tanış olanlar
• İngilis dili biliyi üstünlükdür
• Vətəndaş cəmiyyəti və gənclərlə iş arzu edilən meyarlardandır

Əlavə şərtlər
• İştirakçılar təlim ərzində bütün fəaliyyətlərə qatılmalıdırlar;
• Çay fasiləsi və nahar təşkilatçılar tərəfindən təmin olunur;
• Brno, Çexiya Respublikasında keçiriləcək Tələbə Dəyişim Proqramında iştirak edəcək şəxslər təlim iştirakçılarının sıralarından müsahibə əsasında seçiləcəklər.

Tarix: 27-29 dekabr 2019-cu il
Saat: 10:00 – 18:30
Təlimdə iştirak ödənişsizdir

Müraciət etmək üçün 23 dekabr 2019-cu il saat 23:59-a kimi elektron müraciət formunu doldurulmalılıdır.
Ərizə formasına keçid.
https://form.jotform.com/info_csyo/CauCAN-AZ

https://tehsil.info/wp-content/uploads/2019/12/Без-названия-3.pnghttps://tehsil.info/wp-content/uploads/2019/12/Без-названия-3-150x150.pngOktay ZeynallıÖdənişsizTədbirlərgenc,layihe,odenissiz tedbirler,tedbirCəmiyyətinizdə nifrət nitqinin və diskriminasiyanın mövcudluğunun böyük problem olduğunu düşünürsünüz? Nifrət nitqinə və qrup əsaslı düşmənçiliyə biganə deyilsiniz? Bu problemləri müzakirə və ifadə etməyə hazırsınız? Sizi 3 günlük 'Nifrət nitqinə qarşı mübarizə' təlimində iştirak etməyə dəvət edirik. Təlim nifrət nitqi fenomeni və demokratik cəmiyyətdə onun nəticələrini əhatə edəcək. Təlim müddətində iştirakçılar... Oxunma Sayı: 32