“PAŞA Bank” və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 6 noyabr 2019-cu il tarixində “Ticarətin maliyyələşdirilməsi” mövzusunda maarifləndirici tədbiri təşkil ediləcəkdir.Tədbir təlim xarakterli olmaqla, PAŞA Bankın nümayəndə heyəti tərəfindən həyata keçiriləcəkdir. Tədbirdə ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu, təchizat zəncirinin maliyyələşdirilməsi, invosyların və alış sifarişinin maliyyələşməsi məhsulu və işləmə mexanizmləri, ekspres faktorinq məhsulu, tenderdə qalib olduqdan sonra tələb olunan qarantiyalar (icra, avans, maliyyə vəsaitlərinin saxlama qarantiyası), akkreditivlər, ixrac fəaliyyəti üçün nəzərdə tutulan ənənəvi kreditlər və s. haqqında sahibkarlara məlumat veriləcəkdir.

http://training.ereforms.org/?fbclid=IwAR2Mkuf013acq8l1RptDNqe14_8Hlw-QnxdHfQUr_j9pPNNrCTERffaK8i4

Oxunma Sayı: 63