ADU-nun fransızdilli müəllim və tələbələrinin nəzərinə 10 dekabr 2019 – cu il saat 10:30-da Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı və Fransanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə, Azərbaycanda səfərdə olan Fransanın Baş naziri yanında “Qadınlar və kişilər arasında bərabərlik” adlı Ali Şuranın baş katibi Kler Qironun iştirakı ilə ADU-nun fransızdilli müəllim və tələbələri üçün “Gender hüquqları, gender stereotipləri və stereotiplərsiz ictimai əlaqələrin qurulmasına bələdçilik” mövzusunda seminar keçiriləcəkdir. Seminarda Kler Qiro qeyd olunan mövzu ətrafında müəllim və tələbələr ilə fikir mübadiləsi aparacaq. Seminar ADU-nun 2 saylı tədris binası, Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzində (otaq 304) keçiriləcək. Maraqlanan hər kəs iştirak edə bilər.

Oxunma Sayı: 101