Həssas qrupdan olan gənclərlə işləyən 20-35 yaş arası gənc mütəxəssislərin nəzərinə

2020-ci ilin yanvar ayında Vişeqrad+ Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsi həyata keçiriləcək. Layihə Gürcüstanda 2 günlük təlim kursu, Polşada və Çexiyada 1 günlük məlumat sessiyasından ibarət olacaq.

Layihənin məqsədi- Azərbaycan, Gürcüstan, Polşa, Çexiya və Macarıstanda həssas qruplarla işləmək üzrə təcrübəsi olan psixoloqları, QHT nümayəndələrini, gənclər sahəsində fəaliyyət göstərən mütəxəssisləri və bu sahədə bacarıqlarını inkişaf etdirmək istəyən gəncləri bir araya gətirməkdir.

Ətraflı məlumat üçün link
http://bit.ly/36vsmZY

Oxunma Sayı: 77