Təqdimat haqqında

Təqdimatda kiber təhlükəsizliyin gündəlik həyatımızdaki mühüm rolundan bəhs olunacaq. Həmçinin hər kəs üçün faydalı olacaq kiber gigiyena haqqında məlumat veriləcək. Ölkələr arası məşhur kiber müharibələrdə istifadə olunan üsullardan, təhlükəsizlik sistemlərini aşmaq və sistemə daxil olmaq üçün dünyada tanınan zərərli proqramlarda istifadə olunan vasitələrdən, sosial şəbəkələrdə insanların fikirlərini idarə etmək üçün istifadə olunan yollardan və şəxsi və korporativ təhlükəsizlik məsələlərindən də bəhs olunacaq.

Təqdimatçı haqqında

Miraqşin Abutalıbov kiber təhlükəsizlik analitiki və Oksford Universitetinin (part-time) magistr tələbəsidir. Oksfordda proqram təminatı və sistemlərin təhlükəsizliyi üzrə “GCHQ” yolu ilə təhsil alır. Onun 5 ildən artıq hücum yönlü kiber təhlükəsizlik üzrə peşəkar təcrübəsi var. Hal-hazırda, Miraqşin Azərbaycanda kiber təhlükəsizlik laboratoriyasının qurucusudur və bu sahədə mütəxəssislər hazırlamaqla məşğuldur.

11:30 – 13:00
Giriş: tələbələr – 6 AZN, qeyri-tələbələr – 10 AZN
Məkan: Qafqaz City Hotel
İştirakçılara sertifikat veriləcək
Qeydiyyat tələb edilmir

Oxunma Sayı: 68