Müsabiqə elmi işləri və ya məqalələri 12-16 oktyabr 2020-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək kosmik elm və texnologiya sahəsinin ən böyük tədbiri olan Beynəlxalq Astronavtika Konqresində təqdim etmək imkanı verəcək.

Müsabiqə “Azərkosmos”un bu ilki tədbirdə yüksək ixtisaslı mütəxəssislərdən ibarət nümayəndə heyəti ilə təmsil olunması məqsədilə keçirilir.

Sözügedən nümayəndə heyətinin tərkibində iştirak etmək üçün maraqlanan şəxslər kosmik sahə üzrə elmi məqalələrinin xülasəsini rustam.rustamov@azercosmos.az elektron ünvanına 31 yanvar 2020-ci il tarixinə kimi göndərə bilərlər.
Qeyd edək ki, ən yaxşı elmi məqalələrin müəlliflərinin viza, səyahət sığortası, nəqliyyat və yaşayış xərcləri, qeydiyyat və elmi məqalələrin nəşri və iştirak haqları da daxil olmaqla bütün xərcləri “Azərkosmos” tərəfindən qarşılanacaq.

http://azercosmos.az/files/other/f73945795b0f38b12df310e4abf149b8.pdf?fbclid=IwAR1CclATVSE0kAj5zBFV_M7dRnM6Th13mv7E1q9V-QfLZYiLcyd0r6p6Kco

Oxunma Sayı: 78