13 noyabr 14:30-da Azərbaycan Texniki Universitetinin böyük akt zalında AzTU Tələbə Gənclər Təşkilatı tərəfindən “Arximed19” adlı TEDx formatlı şəxsi inkişaf seminarı həyata keçiriləcək. Öz sahələrində kifayət qədər uğur qazanmış 5 spiker həmin tədbirdə sizinlə birlikdə olacaq, biliklərini və təcrübələrini bölüşəcəklər.
Ümumi mövzu : “Axına qarşı…”
Bəs niyə “Arximed19” ?!
Texniki Universitet mühəndislər yetişdirir. Antik dövrün ən məşhur və ilk mühəndisi isə Arximed hesab olunur. Biz də Tələbə Gənclər Təşkilatı olaraq bu tip layihəni ilk dəfə 2019-cu ildə keçirdiyimizə görə layihəni “Arximed19” adlandırmağı qərara aldıq.

Bütün tələbələr dəvətlidir, lakin qeydiyyatdan keçmədən tədbirə qoşula bilməyəcəksiniz!

Qeydiyyat linki : https://bit.ly/34J6Q2L

Oxunma Sayı: 57