Sosial sektor, qeyri-kommersiya və QHT-lər bir çox problemlərlə üzləşirlər və bu çətinliklərin aradan qaldırılmasında rəqəmsal texnologiyaların tətbiqində adətən geridə qalırlar. Hazırda, texnologiyanın istifadəsində üstünlük mənfəət əldə etmək məqsədi olmasına baxmayaraq, sosial təşəbbeslərin və qeyri-kommersiya təşkilatlarının mühüm sosial problemləri həll etmək üçün yeni texnologiyanı tənqidi tətbiq edə biləcəyi çox imkanlar mövcuddur.

“Sosial Fayda üçün Rəqəmsal Texnologiyalar” təlim sessiasına qoşularaq siz də son dövrlərdə inkişaf edən rəqəmsal texnologiyalar və onların sosial təşəbbüslər üçün hansı imkanlat təklif etməsi haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Təlim rəqəmsal texnologiyalar və sosial fəaliyyət sahəsində təcrübəsi İqar Mirzə tərəfindən keçiriləcək. İlqar Mirzə 2016-cı ildə Polşanın ən nüfuzlu universitetində 1 illik təhsil proqramında iştirak etmək üçün tam təqaüd qazanıb və proqramı uğurla başa vurub. Hazırda digital kommunikasiya istiqamətində faəliyyət göstərən Impler agentliyinin rəhbəridir.

Tarix: 28 Fevral, 2020
Saat: 18:30

İştirak üçün aşağıdakı qısa qeydiyyat formasını doldurmağınız xahiş olunur:
https://forms.gle/tUqTo5sjWGFwKUcJ7

Məkan: Baku Idea Lab, Caspian Plaza III, 3-cü mərtəbə.

Təlim ödənişsizdir!

Oxunma Sayı: 51