BDU Hüquq Fakültəsi Tələbə Gənclər Təşkilatı 2019/2020 tədris ili üzrə keçiriləcək “HÜQUQİ XƏMSƏ” layihəsinə start verir!

• Qeydiyyat üçün aşağıdakı linkə daxil ola bilərsiz:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfweVnTsb_iqateVboBhlyjghmZBW0LZJ1Ru6xQoVkwsgtNug/viewform
Son qeydiyyat tarixi : 13 noyabr 2019-cu il saat 23:59
• Yarışın qaydaları:
Hər komandanın tərkibində 5 iştirakçı olmalıdır. Komandaların sayı 8-dən artıq olduğu halda Seçim turu keçiriləcək. Oyun Bəlli/ Şərtli/ Sirli/Fərdi və Xəmsə raundlarından ibarətdir. Oyun əsnasında hər raundun qaydaları haqqında məlumat veriləcək.
• Yarışda iştirak etməklə siz dünyagörüşünüzü artırmaqla yanaşı, gələcək oyunlar üçün də təcrübə qazanmış olacaqsınız. Suallar hüquqi mövzuda olacaq.
QALİBLƏR MÜKAFATLANDIRILACAQLAR!
Yarış 16 noyabr 2019-cu il tarixində keçiriləcəkdir. Yarışın keçiriləcəyi yer və zamanla bağlı əvvəldən SMS və ya elektron poçt vasitəsilə məlumat veriləcək.
Oxunma Sayı: 68
Bir cavab yazın