Əziz Bakı Dövlət Universiteti tələbələri!

Sizi ekologiya dostu biznes ideyalarnın formalaşması üçün Hult Prize at Baku State University Sosial Startup Müsabiqəsinin təşkil etdiyi İqlim Dəyişiliyi haqqında Workshopa dəvət edirik.

💰 Hult Prize nədir?

BMT və “Hult Business School” tərəfindən maliyyələşdirilən Hult Prize müsabiqəsi 100-dən çox ölkədən tələbələrin qatıldığı və “Tələbələr üçün Nobel Mükafatı” da adlandırılan sosial startup müsabiqəsidir. Bu müsabiqədə siz digər tələbələrlə 3-4 nəfərlik komanda yaradaraq növbəti 10 ildə 1 milyon insana təsir edəcək və ekologiyaya müsbət təsir göstərəcək biznes layihəsi hazırlamalısınız. Müsabiqənin kampus qalibləri ölkəmizi təmsil etmək üçün 25 şəhərdən birində keçirilən Regional Finala göndəriləcək. Qlobal finalda qalib olan komanda isə 1 milyon dollar toxum investisiyanın sahibi olacaq.

27 oktyabr 13:00-da Innoland Akselerasiya və İnkubasiya Mərkəzində baş tutacaq workshopumuzda iştirak edərək siz müsabiqə və onun mövzusu haqqında ətraflı məlumat ala, həmçinin keçən ilin kampus qalibləri ilə görüşüb onların təcrübələrindən yararlana bilərsiniz.

Event linki: bit.ly/2BAtM7X

Bizimlə əlaqə: Wp:+994 55 575 79 79

Website: hultprizeat.com/bakustate

Facebook: Hult Prize at Baku State University

Instagram: hultprizebsu

💡Qeyd edək ki, fakültə və ixtisasdan asılı olmayaraq bütün Bakı Dövlət Universitetinin tələbələri iştirak edə bilər.

Oxunma Sayı: 39