”Çin təqvimi üzrə Yeni iliniz mübarək Bakı” adlı silsilə tədbirlər keçiriləcək

10-18 yanvar 2020-ci il tarixində Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni iliniz mübarək @ Bakı” adlı silsilə tədbirlər keçiriləcək.
Təşkilatçılar – Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Milli Xalça Muzeyidir. Həftə ərzində Çin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri və mühazirələr təşkil olunacaq. Ecazkar ölkənin müxtəlif mənzərələrindən ibarət foto-sərgi, video-çarx və ənənəvi bayram atributları əsl Çin Yeni il ab-havasını yaşadacaq.
Mənbə: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Oxunma Sayı: 105
Bir cavab yazın