22.12.19 tarixində Suraxanı Gənclər Evində saat 13³⁰-17⁰⁰-da keçiriləcək “Xarizmatik natiqlik və ünsiyyət texnikaları” adlı yeni təlimimizə hər biriniz dəvətlisiniz! Qeyd edək ki, bu dəfəki təlimçimiz “Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti” nin aparıcı təlimçisi, “Beynəxalq Oratorlar Çempionatı”nın Mükafatçısı, biznestrener Nəcəf Allahverdiyevdir və proqram əsnasında o, aşağıdakı məsələlərə toxunacaqdır:
1.Natiqliyin qısa formulu,
2.Ünsiyyət texnikaları,
3.Bədən dili,
4.Energetika və şüuraltı və s.
Təlimdə iştirak etmiş bütün tələbələrə DİA Politoloqlar Klubunun, Bakı Politoloqlar Klubunun və Suraxanı Gənclər Evinin sertifikatları təqdim ediləcəkdir.Layihə “Magistr ol”Kurslarının maliyyə dəstəyi və Bakı Politoloqlar Klubu ilə əməkdaşlıq çərçivəsində baş tutacaqdır.Təlim müddətində tələbələr üçün çay süfrəsi də təşkil ediləcəkdir.(Məkan Koroğlu mts.dan 15 dəqiqəlik bir məsafədə yerləşir və tapmaq üçün lazımi köməklik göstəriləcəkdir).Təlimdə iştirak etmək istəyənlər qeydiyyat linkindən keçməlidirlər və xahiş edilir ki, linki yanlız iştirakınız dəqiq olduduğu təqdirdə doldurasız
https://docs.google.com/forms/d/1jwnKIhxvrjzaZ2xvBzzhjKSDRVVMdJ0XCKK7l0C84js/edit?usp=sharing

Oxunma Sayı: 51