ABŞ-ın Azərbaycandakı səfirliyi Minnesota Dövlət universitetinin Təhsil Tədqiqatları Departamenti: İbtidai və Erkən Uşaq Təhsili bölməsinin professoru Elizabet Sandeli Azərbaycana dəvət etmişdir. Onun Bakı Amerika Mərkəzində çıxışının mövzusu müxtəlif mədəniyyətlərdən olan insanların tarixlərini, dəyərlərini, inanclarını və dünyagörüşlərini özündə cəmləşdirən Multikultural Təhsil ilə bağlı olacaq. O, çıxışı zamanı Multikultural Təhsilin irqi, etnik, milliyyət, dil, din, sinif, cinsiyyət mövqeyindən, həmçinin xüsusi ehtiyacları və ya əlilliyi olan tələbələrə yanaşmasından bəhs edəcək.

Dr. Sandell 40 ildən çox müddətdə erkən uşaqlıq dövrü təhsili sahəsində çalışmış, Erkən Uşaqlıqda Ailə Təhsili üzrə məktəb direktoru olmuşdur. O, həmçinin əlilliyi olan uşaqların valideynləri və eşitmə qüsurlu valideynlər üçün tədris planı və təlimçilər hazırlayan bir QHT-nin icraçı direktoru olmuşdur. Professor Sandel erkən uşaqlıq tədrisi müəllimləri və valideyn tədrisçilər üçün universitet dərsləri keçmiş, Rusiya, Türkiyə, Portuqaliya və İngiltərədə mühazirələr oxumuşdur. O, daha öncə 2010, 2012 və 2014-cü illərdə Azərbaycana səfər etmişdir. 2010-cu ildə İREX-in təşkilatçılığı ilə Bakıda Tədrisdə Müvəffəqiyyət və Nəaliyyət (TEA) Proqramı Məzunları Konfransı üçün keçirilmiş Simpoziumda təqdimat keçirmişdir.

Hədəf auditoriyası: məktəb rəhbərləri, erkən yaş dövrü müəllimləri, universitet müəllimləri, sosial elmlər və davranış elmləri sahəsində təhsil alan tələbələr.

Tədbirdə iştirak ödənişsizdir!
Tarix və zaman: 12 dekabr 18:00
Məkan: Bakı Amerika Mərkəzi

https://docs.google.com/forms/d/e/1FAIpQLSd1KEcciSskheztPJWgjrH71U2YjJK_1wMhE579hW_VpP9O_w/viewform

Oxunma Sayı: 45