Müsabiqə dünyada ən nüfuzlu biznes mükafatlarından hesab olunur.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2019-2020-ci illər üzrə “EY ilin iş adamı” proqramı üzrə EY Azərbaycanın strateji tərəfdaşıdır. Müsabiqə BP və Azərbaycan Beynəlxalq Bankı tərəfindən dəstəklənir.

Bütün sahələrdə Azərbaycanın istənilən regionundan olan kiçik və orta sahibkarlar 15 yanvar 2020-ci il tarixinə qədər müsabiqədə iştirak üçün müraciət edə bilərlər. Müsabiqənin finalçıları və qalibi 11 mart 2020-ci il tarixində elan ediləcək. Qalib Azərbaycanı 2020-ci ilin iyun ayında Monakoda digər ölkələrin finalçıları ilə mübarizədə təmsil edəcək.

https://www.ey.com/az/en/home/ey-eoy

Oxunma Sayı: 66