1. Suni İntellektin insan həyatında önəmi
  2. Web və Mobil texnologiyaların günümüzdə tətbiqi
  3. Big Data texnologiyasının sosial şəbəkələrdə tətbiqi
  4. Google, Facebook, Amazon kimi şirkətlərdə iş imkanı

İrəli İctimai Birliyinin təşkilatçılığı ilə ATL Academy tərəfindən 23 noyabr saat 14:00-da “Think Digital” mövzusunda təlim keçiriləcək. Təlimdə iştirak edərək aşağıda qeyd olunan mövzularla bağlı suallarınıza cavab tapa bilər və mütəxəssisimizdən rəy ala bilərsiniz:

Təlimdə spiker kimi çıxış edəcək mütəxəssis 17 ildən artıq İT sahəsində iş təcrübəsinə sahib və hal-hazırda Software Architect və Full Stack Software Developer kimi fəaliyyət göstərən Rəşad Fərəcullayevdir.

ATL Academy şirkəti rəqəmsal transformasiya, rəqəmsal strateji inkişaf, Süni İntellekt, proqram təminatlarının hazırlanması və inkişafı, sistemlərin inteqrasiyası, texniki layihələrin idarəedilməsi üzrə ixtisaslaşmış 10 ildən çox təcrübəsi olan ATL Tech şirkəti tərəfindən təsis edilmişdir.

ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və texnologiya sənayesinin tələblərinə cavab verən innovativ təhsil müəssisəsidir. Akademiyada Mühəndislik məktəbinin “Code School”, “Product School”, “Cloud Computing School” istiqaməti tədris olunur. Code School daxilində Software Development Fundamentals, Backend və Frontend Software Development proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış bootcamp və seçməli dərslər formatında tədris həyata keçirir. Təlimlər geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir. Praktiki vərdişlər ATL Tech şirkətinin təcrübəli komandası ilə həyata keçirilir.

Saturday from 14:00-15:30 (23.11.2019)
5 days from now · 4–8°C Mostly Cloudy
World Business Centre
Səməd Vurğun küç., Baku, Azerbaijan

Oxunma Sayı: 61