“Uğurlu Karyera” proqramı karyerada uğur əldə etmək üçün gənclərə bir sıra bacarıqları öyrədir. Bu yeni proqram əsas olaraq aşağıdakı mövzuları əhatə edir:

  • Tənqidi düşüncə, ünsiyyət, əməkdaşlıq və yaradıcı düşünmə;
  • Güclüşəxsi keyfiyyətlər;
  • İş prioritetləri;
  • İş dünyası ilə tanışlıq;
  • Şəxsi brendinq və iş axtramaq texnikası – rezume və əsaslandırma məktubunun yazılması, elektron profilin hazırlanması və müsahibələr zamanı davranış.
  • Uğurlu Karyera proqramı tələbələrin aşağıdakı bacarıq və anlayışlarını artırmağa imkan verir:

Anlayışlar – Karyera imkanları, planlaşdırılması və hazırlığı; ünsiyyət və əməkdaşlıq; münaqişələrin idarə edilməsi; tənqidi düşüncə; işə qəbul edənin gözləntiləri; iş müsahibələri, iş araşdırma, problemin həll üsulları;
Bacarıqlar – Məlumatı təhlil etmək, verilənlərin qruplaşdırılması, qərar qəbul etmə, şifahi və yazılı ünsiyyət, auditoriya qar.ısında çıxış, şəxsi dəyərləndirmə, aktiv dinləmə, komanda işi.

Təlim 18-25 yaş arası gənclər üçün nəzərdə tutulmuşdur.

Tədbirdə iştirak ödənişsizdir, yerlər məhduddur!

İştirak üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdır!

27-28 fevral
16:00
R. Behbudov küç.,134, Azərbaycan Dillər Universiteti, 1-ci mərtəbə, Bakı Amerika Mərkəzi
(012) 441 36 80 / 441 22 79 (124)
americancenterbaku@gmail.com

https://docs.google.com/forms/d/e/1FAIpQLSdNpMT4vxryhL-zYIdJJA-7GOdzeJ-9xErOxt9cdp4hBWXOCg/viewform?usp=send_form

Oxunma Sayı: 49