Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər Fondu “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsinə start verdi!
Son müraciət tarixi: 30 yanvar 2020-ci il

Müsabiqəyə təqdim ediləcək sosial çarxların və qısa filmlərin həsr olunacağı mövzular:

Xalq yaradıcılığı – Əcdalarımızın yaradıcılıq irsi;

Musiqi ruhun qidasıdır;

Qüvvət elmdədir;

Sevgi dünyanı xilas edəcək;

Müasir Naxçıvanın inkişafında gənclərin rolu;

Qədim diyar Naxçıvanın müasirləşən gəncliyi;

Cəmiyyət və din. Tolerantlıq;

Yüksək mənəvi-əxlaqi dəyərlər;

Vətənə məhəbbət;

Nuhçıxandan-Naxçıvana tarix və müasirlik.

Müsabiqənin şərtləri

Müsabiqədə 18-35 yaşlı Azərbaycan Respublikasının gəncləri, həmçinin ölkədə təhsil alan əcnəbi tələbələr iştirak edə bilərlər.

Müsabiqədə həm peşəkar, həm də həvəskar müəlliflər iştirak edirlər.

Hər müəllif müsabiqəyə 3-dək sosial çarx və ya qısa film təqdim edə bilər.

Müsabiqədə iştirak etməyən istəyən müəlliflər Təşkilat komitəsinə yazılı və elektron ərizə ilə müraciət edir, sosial çarxı və ya qısa filmi rəqəmsal daşıyıcıda təqdim edir.

Müsabiqəyə indiyədək heç bir yerdə yayımlanmayan materiallar buraxılır.

Təqdim olunan materiallar 2019-2020- ci illərdə istehsal olunmalı və xronometrajı 15 dəqiqədən çox olmamalıdır.

Təqdim olunan materiallar Azərbaycan və ingilis dillərində ola bilər. İngilis dilində təqdim olunan materialların Azərbaycan dilində subtitrlərinin olması vacibdir.

Qaliblərin mükafatlandırılması

Qalib müəlliflər müsabiqəni keçirən təşkilatların diplom və pul mükafatı ilə təltif olunurlar. Mükafatlandırma mərasimi 11 fevral 2020-ci il tarixində Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçiriləcəkdir.

Hazırlanan sosila çarxlar və ya qısa filmlər 30 yanvar 2020-ci il tarixinədək Naxçıvan Dövlət Film Fondunda qəbul olunur.

https://docs.google.com/forms/d/e/1FAIpQLScrupax54T30BAE5lEb9KYkap9u80PQvALg1LTH071HUGbfkw/viewform

Oxunma Sayı: 46