Dəyərli məzunlar və dostlar,

“ABŞ Təhsilli Azərbaycan Məzunları” İB olaraq sizləri “Peşəkarlar danışır: IELTS və onun qiymətləndirilməsi” adlı seminara dəvət edirik!

Qonağımız Nərgiz Əkbərova ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən FLEX proqramının məzunudur. Orta təhsilini Goranboy rayonunda alan spikerimiz ali təhsilini Azərbaycan Dövlət Neft və Sənayə Universitetitinin Amerikadakı Georgia Dövlət Universiteti ilə əməkdaşlığı nəticəsində ikili diplom ilə bitirmişdir. Magistratura dərəcəsi üzrə təhsilini isə Kipr Beynəlxalq İdarəetmə Universitetində almışdır.

10 ildən artıqdır ki, Böyük Britaniya Konsulluğunda imtahanlar üzrə mütəxəssis olaraq çalışmaqdadır. Hal-hazırda, Cənubi Qafqaz ölkələrində IELTS ilə yanaşı, digər beynəlxalq imtahanların təşkili prosesində də iştirak edir.

Seminar aşağıdakı mövzuları əhatə edəcəkdir:

• IELTS-ın növləri və adminstrasiyası
• IELTS imtahanı necə qiymətləndirilir?
• Qiymətləndirmədə nələrə diqqət edilir?

Göruş hər kəsə açıq olub ÖDƏNİŞSİZDİR və 14 noyabr 2019-cu il, 19:00-21:00 saatları aralığında “ABŞ Təhsilli Azərbaycan Məzunları” İB-nin konfrans zalında (Kaspian Biznes Mərkəzi, 2-ci mərtəbə) həyata keçiriləcəkdir.

Yerlər məhdud olduğundan xahiş edirik ki, link (http://bit.ly/2NmNj2o) vasitəsilə qeydiyyatdan keçəsiniz. Təsdiq barədə məlumat seçilmiş şəxslərin e-poçt ünvanına göndəriləcəkdir.

Oxunma Sayı: 61