Education HUB”ın təşkilatçılığı ilə “İnkişaf Zamanı” proqramı çərçivəsində, prodüserlərinin Səmra Mustafyeva, Səbinə Əliyeva və Elməddin Şamilzadə olduğu “Qığılcım” adlı qısametrajlı bədii film qlobal problem olan narkomaniyaya qarşı həyata keçirilən kinolayihədir. Filmdə hadisələr Bakıda, Coşqun adlı gəncin ətrafında cərəyan edir. Film 24 yaşlı, evli və işində uğurlu Coşqunun narkotik istifadə edərək xoşbəxt həyatını necə məhv etdiyindən, narkotikin onun sahib olduğu hər şeyi itirməsinə səbəb olmasından bəhs edir. Filmin əsas ideyası insanın çıxış yolunun hər zaman özü olduğunu vurğulamaqdır.

Gəlin və bir qığılcımla hər şeyin necə dəyişdiyinin şahidi olun!💥
Hər birinizi səbirsizliklə gözləyirik.

GİRİŞ SƏRBƏSTDİR

https://www.facebook.com/events/332386447624371/?ti=as

Oxunma Sayı: 54