«Regional İnkişaf» İctimai Birliyi və “Orxan Aslanov studiyası” foto müsabiqə elan edir. Siz fotoaparat və ya mobil telefon vasitəsi ilə ölkəmizin mədəniyyətini, tarixini, təbiətini, insanlarını, mətbəxini, sosial həyatını, incəsənətini, şəhərləri, kəndləri, bir sözlə bütün həyatı əks etdirən 3 ən yaxşı fotonu bizə göndərməklə müsabiqədə iştirak edə bilərsiniz.

Müsabiqə 18 noyabr 2019-cu il tarixindən 18 dekabr 2019-cu il tarixinə qədər davam edəcək. Müsabiqə üçün nəzərdə tutduğunuz fotoları azerbaycanim@riib.az e-mail ünvanına göndərə bilərsiniz.

Qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.

Şərtlər:

• Bir şəklin həcmi 5 MB-dan artıq olmamalıdır
• Şəkillərin ölçüsü 2000X3000 pixel təşkil etməlidir
• Şəkillərin son qəbul tarixi 8 dekabr 2019-cu il
• Səsvermənin son tarixi 18 dekabr 2019-cu il
• İlkin mərhələdən keçən fotolar instagram səhifəmizdə yerləşdiriləcək

Qaliblər necə müəyyənləşəcək?

1-ci yer: Münsiflər heyəti tərəfindən müəyyənləşəcək
2-ci yer: İnstagramda bəyənilmə sayı və münsiflər heyəti tərəfindən müəyyənləşəcək
3-cü yer: Sonda keçiriləcək sərgi zamanı səsvermə ilə müəyyənləşəcək

Şəkilləri göndərərkən aşağıdakılar qeyd olunmalıdır:

• Ad, Soyad
• Telefon nömrəsi
• Ünvan
• İnstagram hesabı

Göndərdiyiniz şəkillər seçilərsə 5 gün ərzində sosial media səhifələrimizdə (Azərbaycanım Foto müsabiqəsi) paylaşılacaq!

Oxunma Sayı: 72