Əziz “ZİRVƏ” həvəskarları!
2019-cu ilin son 2 “Zirvə” intellektual oyunu qaldı.
Noyabr ayı üçün qeydiyyatdan keçməyə tələsin.
Sizi “Zirvə” İntellektual oyununda iştirak etməyə, yarışmağa və zirvəni fəth edərək hədiyyələr qazanmağa dəvət edirik.
Növbəti “Zirvə” 24 noyabr 2019-cu il, saat 14:30-da hər birində 6 nəfərdən ibarət komandaların iştirakı ilə Sabunçu Gənclər Evində baş tutacaq.
Qeyd edək ki, oyunçular üçün yaş aralığı 14 – 18 yaş müəyyən edilib.
İntellektual oyunda iştirak etmək istəyənlər 2 formada müraciət edə bilər:
1.Fərdi qaydada
Yarışda iştirak etmək istəyən gənclər öz ad, soyad, ata adı və doğum tarixini e-mail vasitəsilə zirve@sge.az ünvanına göndərə bilər.
2.Komanda şəklində
Yarışda iştirak etmək istəyən komandalar 6 nəfərdən ibarət komanda üzvlərinin hər birinin ad, soyad, ata adı və doğum tarixini, həmçinin komanda adını qeyd etməklə e-mail vasitəsilə zirve@sge.az ünvanına göndərə bilər.
Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev 91A
Əlaqə: (+994) 50 855 07 00

        (012) 425 60 21
Oxunma Sayı: 53