Seminarda iştirak etməklə siz,

  • Sosial sahibkarlıq anlayışı və tarixi
  • Sosial bizneslərin 7 prinsipi
  • Sosial bizneslərə başlamaq üçün addımlar
  • Yerli və xarici keyslər kimi biliklərə yiyələnəcəksiniz.
    Təlim interaktiv şəkildə həyata keçiriləcək.

Təlimçi: Sara Rəcəbli
Sosial sahibkar, Azərbaycanda xüsusi ehtiyacı olan qadınları cəlb edən “BUTA Art & Sweets” ilk şirniyyat layihəsinin və Sosial Biznes Gənclər Mərkəzinin təsisçisi, sosial sahibkarlıq üzrə təlimçi və mentor, BMT səviyyəsində sahibkarlığı təmsil edən ilk Azərbaycanlı gənc sahibkar, Prezident Mükafatı və Azərbaycanda ilk dəfə Sosial Sahibkarlıq Nominasiyası Mükafatının qalibidir.
2015-2019-cu illərdə turizm, sosial sahibkarlıq, sosial haqqlar, gənclər siyasəti mövzuları üzrə DAAD, Erasmus +, Avropa Komissiyası, Avropa Şurası, Yunus & Youth, Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Tatarstan Respublikası Gənclər və İdman Nazirliyinin təqaüdlərini qazanaraq Azərbaycanı Qırğızıstan, Gürcüstan, Türkiyə, Rusiya, Mərakeş, İsveç, Polşa, Fransa, Belçika, Niderland Krallığı, Latviya, İsveçrə, Xorvatiya və Makedoniyada təmsil edib.

Təlimdə iştirak: Ödənişsizdir
Qeydiyyat linki: http://bit.do/fhFG8
Ünvan: İçərişəhər m/s, İstiqlaliyyət küçəsi 39
Əlaqə nömrəsi: 0502907196

Oxunma Sayı: 74