“Kənd təsərrüfatı və ərzaq məhsullarının Dünya Bazar Qiymətləri üzrə Məlumat Bazaları və təhlili” adlı seminar Mərkəzin gənc tədqiqatçısı, Analitika departamentinin Diaqnostika, proqnozlaşdırma və planlaşdırma bölməsinin baş mütəxəssisi Gülay Amanovanın moderatorluğu ilə keçiriləcək.
Təqdimatda ATM tərəfindən aylıq “Kənd təsərrüfatı və ərzaq məhsulları üzrə Dünya Bazarı Konyukturasına dair Qısa İcmal”ın hazırlanmasında istifadə olunan məlumat bazaları, əldə edilən məlumatların təhlili və dünya bazarında baş verən hadisələrin Azərbaycana təsirinin qiymətləndirilməsi haqqında bilgi veriləcək.
Universitetlərin, tədqiqat mərkəzlərinin, dövlət qurumlarının və şirkətlərin gənc əməkdaşları ATM Platformasında iştiraka dəvət olunurlar.
Seminar Aqrar Tədqiqatlar Mərkəzinin ofisində (Bakı şəhəri, Nizami küçəsi, 92) 2020-ci il yanvarın 31-də saat 16.00-da keçiriləcək.
ATM Platforması ayda bir dəfə olmaqla mütəmadi keçirilir. Platformada hər dəfə bir aktual mövzu üzrə Aqrar Tədqiqatlar Mərkəzinin və ya digər qurumların gənc tədqiqatçıları tərəfindən təqdimatlar edilir.

Oxunma Sayı: 60