Əziz Gəncə gəncləri,

YouthSpeak gənclər forumu dünyanın 100dən çox ölkəsində keçirilən beynəlxalq forumdur. Forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Dayanıqlı İnkişaf Məqsədləri əsasında yaradılmış və insanları DİM haqqında məlumatlandırmaq məqsədi daşıyan vasitələrdən biridir.

YouthSpeak Forumda müxtəlif peşə sahəsindən olan mütəxəssislər və Azərbaycan gəncləri bir araya toplanıb, DİM və bir sıra mövzularda müzakirə və fikir mübadiləsinə, seminarlarda komanda işinə cəlb ediləcəkdirlər.

“YouthSpeak Forum Azerbaijan 2019” 16 Noyabr 2019-ci il tarixində Gəncə, Gəncə Gənclər Evində baş tutacaqdır.

Forum 3 mövzu əsasında baç tutacaq:

🔺 Gender Bərabərliyi
🔺 Layiqli Əmək və İqtisadi Artım
🔺 İnnovasiyalar

Məkan: Gəncə, Gəncə Gənclər Evi
Saat: 10.00
Tarix: 16 Noyabr 2019

Bütün iştirakçılar təşkilatımız tərəfindən imzalanmış sertifikatlarla təltif olunacaqlar.

Qeyd edək ki, foruma giriş sərbəstdir, lakin qeydiyyat məcruridir.

📌Qeydiyyat üçün: https://aiesecaze.typeform.com/to/dovoqw

Oxunma Sayı: 50