“English We Can” layihəsi artıq 3-cü dəfə xüsusi proqramla 3 ay müddətində gənclərin ingilis dili biliklərini və ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə yola çıxır.

Əgər siz də gəncsinizsə (18-29 yaş), ingilis dili bilikləriniz zəifdirsə və bununla barışmaq istəmirsinizsə o zaman bu layihə sizin üçün əla bir imkandır!

Layihə müddətində dərslər həftədə 3 dəfə (2 dəfə dərs, 1 dəfə danışıq klubu) qrup şəklində (hər qrupda 5 nəfər) hər dərs 1.5 saat olmaqla interaktiv formada NR Academy-nin yüksək tədris metodikasına malik təcrübəli müəllim heyəti tərəfindən tədris olunacaq.

Proqramda həmçinin hər ay maraqlı “Workshop” lar, film günləri, söz bazasının artırılması üçün “Word game” və kafe danışıq klublarının keçirilməsi nəzərdə tutulub.

Layihədə iştirakçı sayı məhduddur (25 nəfər) və iştirak ödənişlidir: iştirak haqqı aylıq 35 azn (3 aylıq birdəfəlik 100 azn). Ödənişə dərs matrealları, “Placement Test” və yekun sertifikat imtahanı (“Level test”) daxildir.

Qeydiyyat üçün 10 manat depozit tələb olunur. Layihəyə qoşulduqda həmin depozit məbləği layihədə iştirak haqqından çıxılır.

Qeydiyyat tamamlandıqdan sonra səviyyələr üzrə qrupları müəyyən etmək üçün “Placement Test” keçiriləcək. Layihənin sonunda isə “Level test” keçirilərək hər bir iştirakçıya imtahan nəticəsinə uyğun sertifikat veriləcək.

Son qeydiyyat tarixi: 22 noyabr 2019-cu il

Tədrisin keçiriləcəyi ünvan:
NR Academy Elmlər filialı: BDU-nun yanı, Megacity Kompleksi, Z.Xəlilov küçəsi 26
📱 (055) 802 50 76
📱 (051) 802 50 76

Oxunma Sayı: 62