Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC

İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
Əmək haqqı: 800-1000 AZN

İş şəraiti

• Tam sosial təminat
• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• Açılan sifarişləri vaxtında və dəqiq yerinə yetirmək;
• Xarici şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq və müqavilələr hazırlayıb təsdiq etdirmək;
• Partnyor şirkətlərin məlumat bazasını yaratmaq;
• Sifariş üzə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
• Rəhbərlik tərəfindən verilmiş mövzu ilə bağlı tədqiqatlar aparmaq və nəticələr barədə hesabat hazırlamaq;
• Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqlar aparmaq;
• Qiymət araşdırması etmək və tenderləri həyata keçirmək;
• Avadanlıq və mal-material tədarükçülərinin axtarışını təşkil və təhlil etmək;

Tələblər:

• Ali təhsilli (iqtisadiyyat üzrə);
• Azərbaycan, rus və ingilis dillərini bilməli;
• Bu sahə üzrə 1-3 il iş təcrübəsi olmalı;
• MS Office ( Word, Excell, Power Point) proqramlarında işləməyi bilməli;
• Yaş həddi 25-35;
• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Satınalma mütəxəssisi” Mövzu bölməsində göstərin.

Oxunma Sayı: 83