Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.

Bu məqsədləAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı“Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə almaqla, gənclər arasında könüllülük fəaliyyətinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında tətbiq etməyə başlayıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı xatırladır ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında könüllü fəaliyyət əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

· Aparatın şöbə və sektorlarında təcrübə keçmək;

· İnsan hüquqları sahəsində milli qanunvericilik bazası və beynəlxalq hüquqi aktlarla, habelə kitabxanadakı hüquq ədəbiyyatları ilə tanış olmaq;

· Müvəkkilin ünvanına daxil olan müraciətlərə baxılması prosesində iştirak etmək;

· Ərizəçilərin qəbulunda bilavasitə iştirak etmək;

· Ərizə və şikayətlərinöyrənilməsi vasitəsilə ölkə Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiə mexanizmi ilə yaxından tanış olmaq;

· Müvəkkilin ünvanına daxil olmuş müraciətlərlə əlaqədar dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə göndərilən sorğularla tanış olmaq;

· Müvəkkil tərəfindən Konstitusiya Məhkəməsinə göndərilən sorğularla tanış olmaq;

· Müvəkkilin əhalinin müxtəlif sosial qruplarının (uşaqlar, əlilliyi olan şəxslər, qadınlar, ahıllar, qaçqın, məcburi köçkün və miqrantlar, hərbi qulluqçular, həbsdə saxlanılan şəxslər və məhkumlar) hüquqlarının müdafiəsi və təşviqi sahəsindəki fəaliyyəti ilə tanış olmaq;

· Müvəkkilin hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti ilə tanış olmaq;

· Ombudsman Aparatında qanunvericiliyin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi ilə bağlı hazırlanan təkliflərlə tanış olmaq;

· Müvəkkilin illik məruzələri ilə tanış olmaq;

· Müvəkkilin işgəncə əleyhinə milli preventiv mexanizm funksiyalarının icrası sahəsindəki fəaliyyəti ilə tanış olmaq;

· Cəlb olunduğu sahənin fəaliyyət istiqamətləri üzrə vəzifələrin icrasında işçilərə köməklik göstərmək;

Könüllülük fəaliyyəti 2 ay müddəti üçün nəzərdə tutulub.

Könüllü kimi 2 ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinəAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaqdır.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

· İntizamlılıq;

· Xoşrəftarlıq;

· Ünsiyyətcillik;

· Operativlik;

· Kollektivdə işləmək bacarığı;

· Təşkilatçılıq;

· Təşəbbüskarlıq;

· Məsuliyyətlilik;

· Kompüter bacarığı.

Müraciət üçün:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında könüllülər sırasına qoşulmaq istəyən gənclər mövzu hissəsində “Könüllü proqramı” göstərməklə öz CV-lərini (tərcümeyi-hal) g_rahimova@ombudsman.gov.az elektron ünvanına göndərə bilərlər.

Əlavə məlumat üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Gülnar Rəhimova ilə (012) 493-32-01 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət ediləcəklər.

http://ombudsman.gov.az/az/view/pages/177

Oxunma Sayı: 85