Bakı, 29 oktyabr.

Oktyabrın 29-də “BP Azerbaijan” bakalavr pilləsi üzrə texniki fakültələrdə təhsil alan tələbələr üçün mentorluq proqramına başlayıb.

AZƏRTAC xəbər verir ki, prqramın məqsədi seçilmiş tələbələrə fərdi mentorluq sessiyaları verməklə onların neft-qaz mühəndisliyi sahələrində gələcək karyera imkanlarına hazırlaşmalarına yardım etməkdir.

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionunda insan resursları üzrə vitse-prezident Nərminə Nəbiyeva deyib: “Əminəm ki, BP-nin mentorları seçilmiş tələbələrin karyera qurmasına peşəkar dəstək verməklə onların öz inkişaf ehtiyaclarını başa düşmələrinə və iş həyatına hazırlaşmalarına yardım edəcəklər”

 

MƏNBƏ:AZƏRTAC

Oxunma Sayı: 104