Əgər siz də xaricdə praktiki iş təcrübəsi qazanmaq ,müxtəlif ölkələrdən olan insanlarla görüşmək,yeni mədəniyyətlərlə tanış olmaq və müxtəlif ölkələri kəşf etmək istəyirsənizsə o zaman tədbirimizi qaçırmayın!

Global Volunteer xaricdə 6-8 həftəni əhatə edən təcrübə proqramıdır. Siz seçdiyiniz xarici ölkədə sosial layihələrdə iştirak etməklə həm praktiki iş təcrübəsi, həm də beynəlxalq dostlar qazana bilərsiniz. Son 5-il ərzində 700-dən çox Azərbaycan gənci bu proqramla xaricdəki təcrübə proqramlarından yararlanıb.

“Global Volunteer” haqqında daha ətraflı məlumat almaq və suallarınıza cavab tapmaq üçün sizləri “UNEC”in 4-cü korpusunda keçiriləcək tədbirimizə dəvət edirik!

Tədbir 6 Dekabr saat 14:00-da Azərbaycan Dövlət İqtisad Universiteti, 4-cü korpusu,Böyük akt zalında baş tutacaq.

Zəhmət olmasa iştirakınızı təsdiqləmək üçün qeydiyyat formu doldurun:https:http://bit.ly/GlobalVolunteerAze1

Oxunma Sayı: 63