IBM şirkəti tələbələr üçün “Great Mind Initative” təcrübə fürsəti təklif edir.

“Great Mind Initative” Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrikadan olan tələbələr üçün Sürix, Nayrobi, Yohanesburqun IBM Tədqiqat laboratoriyalarının birində 3-6 aylıq müddəti əhatə edən müsabiqədir. Bu müsabiqə aparıcı sənaye – İT tədqiqat təşkilatında nüfuzlu alimlərlə birgə işləmək üçün tələbələrə unikal imkan təqdim edir.

Sözügedən təcrübə proqramı 2020-ci ildə reallaşacaq. Dəqiq tarix və müddət qalib olan tələbələrlə onların akademik öhdəliyi və IBM-in müvafiq əməkdaşlarının imkanlarına uyğun şəkildə fərdi olaraq müzakirə olunacaq.

IBM müvafiq olaraq səyahət xərclərini eləcə də, İsveçrə, Kenya və ya Cənubi Afrikada yaşayış xərclərini öncədən birdəfəlik ödəyəcək. Şirkət həmçinin uğurlu namizədlər üçün lazımi viza və iş icazəsi ilə bağlı da dəstək göstərəcək.

Məlumat üçün bildirək ki, IBM şirkəti artıq 10 ildən çoxdur ki, “Great Minds” təcrübə proqramlarını həyata keçirir. “Great Minds” qaliblərinin IBM tədqiqatı vasitəsilə qabaqcıl IBM texnologiyaları və real sənaye problemləri barədə əldə etdiyi biliklər onların təhsil aldığı universitetlər üçün faydalı olur.

Təcrübə proqramı haqqında daha ətraflı məlumatı http://www.zurich.ibm.com/greatminds və jamila.bagirova@ibm.come-poçt ünvanı vasitəsi ilə əldə edə bilərsiniz.

Oxunma Sayı: 303