Vakansiya haqqında:

İdarə: B2C Kommersiya
Şöbə: Marketinq Ünsiyyət Vasitələri
İş qrafiki: Standart
İş müddəti: Daimi
İş yeri: Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 09.12.2019

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Kreativ briflərə əsasən biznesin tələblərinə uyğun dizayn konsepti hazırlamaq
  • Reklam materiallarını (küçə reklamları, mətbuat, sosial media, çap faylları, web- sayt üçün şəkillər və s.) hazırlamaq, reklam daşıyıcılarına uyğun olaraq ölçüləri uyğunlaşdırmaq və tətbiq etmək
  • Brendin vizual tətbiq prinsiplərindən məsuliyyət daşımaq və qeyd olunan prinsiplərin bütün dizayn və qrafika işlərində tətbiq olunmasını təmin etmək
  • Layihələri təyin olunmuş vaxt çərçivəsində həyata keçirmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali Təhsil
  • Dizayn və reklam sahəsində 3- 5 il iş təcrübəsi (telekommunikasiya sahəsində və reklam agentliyində iş təcrübəsi üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Komanda işi və əməkdaşlıq
  • Son trendlərin izlənilməsi
  • Dəqiqlilik
  • Kreativlik
  • Detallara yönümlülük
  • Müştəri yönümlülük
  • Nəticə yönümlülük
  • Davamlı təkmilləşmə
  • Stresə davamlılıq
  • Azərbaycan dilini səlis bilmək (Rus və İnglisi dili biliyi üstünlük hesab olunur)
  • Adobe Creative Cloud (Photoshop, Illustrator etc.), CorelDraw proqramlarını bilmək (Sketch bilikləri üstünlük hesab olunur)

Müraciət etmək üçün:

CV- nizi və portfolionuzu hr@azerfon.az e- mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘’İllustrasiya və Qrafik üzrə Dizayner’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxunma Sayı: 64