Namizədə tələblər:

• Yaş: 23-35

• Təhsil: Ali

• İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir

• Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır)

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı

• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı

• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri :

• Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;

• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;

• Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;

• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;

• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;

• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri :

• Əmək müqaviləsi bağlanılır

• İş vaxtı 09:00 – 18:00

• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir

• Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur

• Əmək haqqı :500 + rüblük motivasiya

• İş yeri : Baş ofis

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur

• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin

• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin

• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun

• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) recruiting @ateshgah.com və ya zarina.gurbanova@ateshgah.com- mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

Oxunma Sayı: 140