Belə ki, Bank “BTB” ASC istedadlı, inkişaf yönümlü və savadlı tələbələri ödənişli təcrübə proqramına qoşulmağa dəvət edir. Təcrübə proqramına qoşulmuş tələbələr peşəkar bank/maliyyə sahəsində fəaliyyət üzrə təcrübənin əldə olunması ilə yanaşı, gələcəkdə həm də Bank “BTB” ASC-də karyera qurmaq imkanını əldə edəcəklər.

Təcrübə proqramında bakalavr pilləsinin tələbələri və yeni məzunlar iştirak edə bilər. Bunun üçün CV-ni azərbaycan dilində 15 Noyabr 2019-cu il tarixinədək PDF formatında “Təcrübə proqramı 2019 Ad/Soyad” başlığı ilə cv@btb.az mail ünvanına göndərmək xahiş olunur.

Proqramda iştirak etmək arzusunda olan tələbələrə əsas tələblər:

• Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (marketinq, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);

• Azərbaycan və ingilis dilləri;

• Ünsiyyətqurma və təqdim etmə bacarığı;

• Yaradıcıdıq və təşəbbüskarlıq qabiliyyəti;

• Analitik düşüncə;

• Komandada işləmək qabiliyyəti

Oxunma Sayı: 51