Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə təşkil etdiyi seçim turlarının növbəti mərhələsinə start verdi.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış mütəxəssislərin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlərin bu ilin aprel ayının 30-dək mərkəzin info@aztc.gov.az ünvanına göndərilməsi, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməsi vacibdir.
Qeydiyyat üçün tələb olunan sənədlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti;
2. CV
Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və sahə qeyd edilməlidir.
(C) Azərtac
Oxunma Sayı: 107
Bir cavab yazın