“İrəli” Təcrübə Proqramında iştirak üçün siz aşağıda qeyd olunan katibliklər üzrə müraciət edə bilərsiniz:

– İnsan resursları katibliyi;

– Mətbuat Katibliyi;

– “İrəli” Media Mərkəzi

– Beynəlxalq əlaqələr katibliyi;

– Layihələrlə iş üzrə katiblik;

Seçim iki mərhələdən ibarət olacaq:

1-ci mərhələ: müraciətlərin qəbulu;

2-ci mərhələ: fərdi müsahibələrin keçirilməsi.

Təcrübə müddəti 3 ay davam edəcək və təcrübəni uğurla başa vurmuş gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

Təcrübə proqramına qatılmaq üçün tələb olunan əsas meyarlar:

– 17-25 yaş aralığında olmalı;

– İşində yüksək motivasiyalı olmalı;

– Təşəbbüskar və məsuliyyətli olmalı;

– Komanda ilə işləmə bacarığı olmalı;

Əgər siz də, ictimai sferada özünüzü tanıtmaq və ictimai fəaliyyətinizi inkişaf etdirmək istəyirsinizsə, “İrəli” ailəsinə qoşulun!

Qeyd edək ki, təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçirilir.

Ərizələrin qəbulu üçün son müraciət tarixi: 26.01.2020 18:00

Qeyd – Bu təcrübə proqramı “İrəli” Radio Təcrübə Proqramına daxil deyildir.

ireli2020 #konullusen #YouthinAzerbaijan

Oxunma Sayı: 79