Təhsil İnstitutu tədqiqat bacarığı olan mütəxəssislərin seçimi üçün müsabiqə elan edir.

Təhsil İnstitutu haqqında qısa məlumat:
Təhsil İnstitutu fəaliyyətini müxtəlif istiqamətlər üzrə tənzimləyir. Bu istiqamətlərə təhsilin bütün pillələri üzrə məzmun və qiymətləndirmə standartlarının hazırlanması, milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarının aparılması, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi, o cümlədən aktual təhsil məsələlərinin araşdırılması daxildir. İş haqqında məlumat: Müvafiq mütəxəssislər Təhsil İnstitutunun fəaliyyət istiqamətlərinə uyğun olaraq müxtəlif mövzularda tədqiqat təklifləri yazır, tədqiqatlar aparır, hesabatlar tərtib edir və tədqiqat nəticələrinə əsaslanan siyasət tövsiyələri hazırlayır.
Tələblər:
Tədqiqat (kəmiyyət və keyfiyyət) üzrə dərin biliklər
Məlumatların təhlili bacarığı
Uyğun komputer proqramları üzrə biliklər
Azərbaycan və ingilis dillərində səlis yazı bacarığı
Güclü şifahi və yazılı ünsiyyət bacarığı
Təhsil siyasəti üzrə biliklər
Təhsil sahəsində işləmək həvəsi
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 30.11.2019 tarixinədək CV-lərini l.abbasli@arti.edu.az elektron ünvanına “Tədqiqat üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur
Oxunma Sayı: 99
Bir cavab yazın