“Azərbaycan Respublikası Təhsil İnstitutunun həyata keçirdiyi müxtəlif proqram və layihələrin icrası, lisey və gimnaziyalara qəbul imtahanlarının, fənn olimpiadalarının təşkili, elektron tədris resurslarının təbliğ və təşviqi üçün yaradılan “Təhsil Könüllüləri” qrupuna yeni könüllülərin qəbulu başlayır.

“Ağköynəklilər” kimi tanınan və 2015-ci ildən fəaliyyət göstərən “Təhsil Könüllüləri” ailəsinin üzvü olmaq üçün aşağıdakı tələblərə cavab verməyiniz kifayətdir:

  • Bakalavr və ya magist tələbəsisinizsə;
  • Azərbaycan, Rus və İngilsi dillərindən ƏN AZI birində sərbəst danışa bilirsinizsə;
  • Müəllim, şagird və valideyn qruplarından ƏN AZI biri ilə işləməyi sevirsinizsə;
  • Gələcəkdə təhsil və idarəçilik sahələrində işləməkdə maraqlısınızsa;
  • Məsuliyyət, cavabdehlik, ciddilik və dürüstlük kimi keyfiyyətlər Sizdə varsa;
  • Bu işə qoyacaq KÖNLÜNÜZ və ayıracaq ZAMANınız varsa düşünmədən aşağıdakı forumu dolduraraq BİZdən zəng gözləyin.

Bir də ən əsası, #sevgi #təhsil və #dürüstlük kimi dəyərləri yaşada bilirsinizsə o zaman Bizə qoşulun.

https://docs.google.com/forms/d/e/1FAIpQLSecBIqUxHfkBlfyIAPV5YhJYYbnXt6g1e8ti868zsoQ5PAZdw/viewform

Oxunma Sayı: 91