Onlayn Kursumuza İngilis dili müəllimləri axtarırıq

Tələblər:
– Ən azı C1 səviyəsinə kimi (Pre-Advanced) dərs keçə bilməli
– Gün ərzində ən azı 5 saat vaxtını bizə ayıra bilməli
– Ən azı bizimlə 6 ay daimi işləyəcəyinə söz verməli və o sözü tutmalı
– Gülərüz və məsuliyyətli olmalı, tələbədən sonra dərsə qoşulmamalı
– “Mən Skayp işlədə bilmirəm, ancaq votsapda keçə bilərəm” cümləsini işlətməməli, texnoloji yenilikləri qəbul etməli
– “Mən ancaq xanımlara dərs keçə bilərəm” düşüncəsi ilə bizə müraciət etməməli
– “Mən banklara güvənmirəm” kimi köhnə fikirlərdən uzaq olub, plastik bank kart açmalı (Bu barədə ətraflı məsləhəti də verəcəyik, narahat olmayın)

Bizim sizə yaradacağımız şərait:
– Ay ərzində sıfır xərclə evinizdə 500-600 manatdan çox qazanc
– Yolda, tıxacda vaxt itirib, əsəb qazanmaq əvəzinə isti evinizdə dərs keçmək şəraiti
– Sərbəst iş şəraiti, yəni sərbəst dərs saatları olur, özünüz seçirsiz saatları, həmçinin işiniz çıxarsa ay ərzində dərs saatlarını dəyişmək imkanı (İşin ağını çıxarmamaq şərti ilə)
– Qazanc faiz hesabına görə olacaqdır, maaş ayın əvvəlindən veriləcəkdir
– Ən əsası müdirsiz iş şəraiti (Ancaq əmr cümləsi yox, xahiş cümləsi eşidəcəksiz!)

Əlaqə vasitələrimiz:
0518432599 WhatsApp + zəng
0774641868 WhatsApp + zəng

Oxunma Sayı: 47