Fevralın 5-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsinin növbəti konserti təqdim olunacaq.

Həmin gün ustad aşıq Cahangir Sənanoğlu “Aslan şahla İbrahimin dastanı”nı söyləyəcək.

Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Biletləri iticket.az saytından, “ASAN xidmət” mərkəzlərindən və şəhərin bütün kassalarından əldə etmək olar.

Mənbə : Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi http://mct.gov.az/az/umumi-xeberler/asiq-musiqisi-axsamlari-layihesi-davam-edir

Oxunma Sayı: 60