Azərbaycan Turizm Bürosu, 2020-ci ilin Aprel ayında Bakıda keçiriləcək “Travel Business Azerbaijan 2020” beynəlxalq tədbir çərçivəsində tələbələr arasında suvenir dizaynı müsabiqəsi elan edir. Tələbələr tərəfindən dizayn olunacaq suvenirlər tədbir iştirakçılarına hədiyyə ediləcəkdir. Müsabiqənin məqsədi tələbələr üçün yaradıcı mühitin yaradılması və nəticədə yeni turizm məhsulunun hazırlanmasıdır.
Mükafatlar

  1. Sertifikat və Turizm Bürosunda layihənin dizayn komandasında 3/6 aylıq təcrübə
  2. Turizm Bürosundan sertifikat və hədiyyə
  3. Turizm Bürosundan sertifikat və hədiyyə

QEYDİYYAT VƏ İLKİN TƏQDİMAT ÜÇÜN SON TARİX: 12 Yanvar 202
TƏLƏBƏLƏRLƏ GÖRÜŞ VƏ İŞLƏRƏ İLKİN BAXIŞ: 15 Yanvar 2020

TƏQDİMAT ÜÇÜN SON TARİX: 15 Fevral 2020

QALİBLƏRİN ELAN OLUNMASI: 1 Mart 2020

Tələblər

Azərbaycan mədəni elementlərinə əsaslanmış

A4 ölçüsündən böyük olmayan

Ekoloji təmizliyi düşünülmüş

Maye halında olmayan

2 kq-dan artıq olmayan (səyahətə uyğun)

Qablaşdırılması ilə birgə Suvenirin hekayəsi (ilham mənbəyi)

Çatdırılma forması

12 Yanvar 2020 tarixinədək leyla.musayeva@tourism.gov.az ünvanına:

İdeyanın izahı (Azərbaycan dili/Rus dili/İngilis dili)

Vizual məlumat (eskiz/render/kollaj/maket)

.pdf/.jpg (20 mb-dan artıq olmayan)

A4/A3 formatında – Ad və soyad, universitet

Seçim prioritetləri

Azərbaycan mədəniyyətinin mahiyyətini dolğun əks etdirən

İnnovativ, işlənməmiş formalar üzərində düşünülmüş

Güclü ideya, məhsulun hekayəsi

Vaxtında təhvil verilmiş layihə

https://docs.google.com/forms/d/e/1FAIpQLSeIUzqUU9Cquu-X2Cybrs8EGtwIwQP2lffLEk1ihQwazpFtYg/viewform

Oxunma Sayı: 139