14-15, 18 dekabr tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyinə həsr olunan “Bakı Gənclər Debat Forumu: Payız, 2019” keçiriləcək.

Forumun mövzusu: “İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilər üstün tutulmalıdır”

Forumda azərbaycan və rus bölmələri üzrə ümumilikdə ali təhsil müəssisələrini təmsil edən 41 komandanın iştirakı nəzərdə tutulur.

BGDF2019-da iştirak edəcək bütün debatçı və komandalara uğurlar arzulayırıq.

Tarix: 14-15 dekabr, saat 10:30
Məkan: Bakı Dövlət Universiteti

Oxunma Sayı: 98