Bakı Mühəndislik Universiteti Tələbə Elmi Cəmiyyəti “Qış Elm Festivalı”na start verir. Festivalda universitet və orta məktəblərdən komandalar öz elmi layihələri ilə çıxış edə bilərlər. İştirakçılar elmi yeniliklər, kəşflər və ixtiralar, tədqiqat nəticələri və ya maraqlı olduğunu düşündükləri istənilən elmi mövzuda təqdimat edə bilərlər. Fakültəsindən asılı olmayaraq bütün tələbələri bu möhtəşəm elm festivalının bir parçası olmağa dəvət edirik.

Bütün iştirakçı və qaliblərə sertifikat və müxtəlif hədiyyələr təqdim olunacaq.

Layihələr münsiflər tərəfindən dəyərləndiriləcək və uyğun layihələr festivala buraxılacaq.

Qeydiyyat linki:

BMU tələbələri üçün: https://forms.gle/9Biv3LrYLYQaiyPB8

Digər universitet və məktəblər üçün: https://forms.gle/xs1j6mScLkMbN1fu7

Nəzərinizə çatdırmaq istəyirik ki, bir universitet və ya məktəbdən bir neçə komanda iştirak edə bilər. İştirak edəcək komandadan bir nəfərin formu doldurması yetərlidir.

Tarix: 26.12.2019

Son qeydiyyat tarixi: 16.12.2019

Oxunma Sayı: 52